Metabolizmi sürətləndirən qidalar

Taxıl, meyvə və tərəvəzlər çəki atmaq üçün vacib elementlərdir...Sağlam metabolizm (maddələr mübadiləsi) sürətlə çəki atmanın təməl prinsiplərindəndir. Metabolizmi sürətləndirmək üçün isə qida rasionuna diqqət edilməlidir.
Metabolizmi sürətləndirən qidaları təqdim edirik:
Davamı →

Axşam 6 dan sonra yeyək yoxsa yeməyək?

Yayılmış fikirə görə, arıqlamaq istəyən insan axşam saat 18.00-dan sonra yemək yeməməlidir.
Belə yanaşmanın məntiqli arqumentləri də var — axşam insan daha az hərəkət edir və nəticədə daha az kalori yandırır ki, bu vaxt qəbul olunmuş kalorilər qarın və omba nahiyəsində yığılmağa başlayır.
Lakin müasir diyetoloqlar və arıqlamaq üzrə mütəxəssislər bu fikirlə razı deyil. Belə ki, tanınmış rus diyetoloq Aleksey Kovalkov belə hesab edir ki, daim axşam 18.00-dan sonra yeməyən insan arıqlamayacaq, əksinə kökələcək.
Davamı →

Orqanizmi təmizləyən qidalar

Pəhriz menyunuza əlavə edəcəyiniz bu qidalar sayəsində immunitet sistemi güclənir, orqanlar daha sağlam fəaliyyət göstərir.

Limon 
C vitamini və digər antioksidantlarla zəngindir. Tərkibindəki maddələ immunitet sistemini gücləndirir. Mütəmadi olaraq qəbul edildikdə, qaraciyər və öd kisəsi sağlamlığını qoruyur və həzm prosesini yaxşılaşdırır. Bir stəkan ilıq limonlu su sağlamlığınız üçün mükəmməl üsuldur.
Davamı →

Balıq yeməyin 5 faydası

Əsasən soyuq havalarda yeyilən ət məhsullarından olan balıq bir çox xəstəliklərin dərmanıdır, ancaq bu qidanı doğru qəbul etmək üçün bəzi detallara diqqətlə yanaşmaqda fayda var.

1. Balığın sağlamlılığınız üçün faydalı olmasını istəyirsinizsə onu qızartmayın, çünki qızaran ət daha çox yağ çəkir və vitamin dəyərini itirir.

2. Menyuda balıq varsa, yanına mütləq tərəvəzlərdən bir neçəsini əlavə edin. Balıqda C vitamini çox azdır, və balıqla tərəvəzi birlikdə yesəniz vitamini balansını qoruya bilərsiniz.
Davamı →

Görməni zəiflədən məhsullar


Orqanizmdə olan bütün orqanlar bir-biri ilə sıx əlaqədədir. Bu səbəbdən yediyimiz hər şey gözümüzə də təsir edir. Elm adamları zəif görən insanlara mənfi təsir göstərən məhsulların adını açıqlayıb.

Birinci yerdə buğda unundan hazırlanan ağ çörək gəlir. Bu məhsulda çoxlu miqdarda rafinəedilmiş nişasta var, hansı ki, mədəaltı vəzini daha çox insulin ifraz etməsinə səbəb olur. Bu isə göz almasına təsir edir və miyopiya yaradır.
Davamı →

Altsheymer riskini azaldan 9 qida vərdişi

Çox yeməyin
İnsan adətən doyması üçün gərəkli olduğundan 20-30 faiz çox yeyir. Özünüzü qidanı yavaş-yavaş çeynəyərək yeməyə öyrədin. Bu, yemək porsiyasını vizual olaraq böyük göstərəcək, əslində isə qədərində yeməyinizə kömək edəcək. Sağlam çəki təkcə ürək-damar xəstəliklərinin və ya diabetin səmərəli profilaktikası deyil, həm də Altsheymer xəstəliyindən etibarlı müdafiə vasitəsidir.

Meyvə-tərəvəz yeyin
Qocalıqda zehninizin aydın qalmağını istəyirsinizsə, gündə beş porsiya meyvə-tərəvəz yeməlisiniz. Təqribən 4 min könüllünün iştirak etdiyi tədqiqat meyvə-tərəvəzin müntəzəm yeyilməsi ilə ahıl yaşlarda koqnitiv qabiliyyətlərin 40 faiz daha yavaş azalması arasında qarşılıqlı əlaqəni təsdiq edib.
Davamı →

Xərçəngi müalicə edən pəhriz

Ən qorxulu xəstəliklərdən sayılan xərçəngin müalicəsində tətbiq olunan üsullardan biri də pəhrizdir. Reviçi, Qurzonu, Broys, Nişi, Qouler, Şatalova, Qrinizeyşn və digər pəhrizlər həmin qida sistemlərinə aiddir. Dəhşətli xəstəlik əleyhinə tətbiq edilən ən məşhur qida sistemi Moerman pəhrizidir.

Kornelus Moerman XX əsrdə Niderlandda yaşayıb və 96 yaşında vəfat edib. O, öz metodu ilə xərçəng xəstəliyinə tutulan 150 xəstədən 115-ni tam sağaltmağa nail olub.
Davamı →

Ən sağlam qida

Çia toxumları bütün dünyada çox böyük populyarlıq qazanıb və «superfud» (super-məhsul) sayılır. Çia Amerikada bitən bir bitkinin toxumlarıdır.

Çianın heyraedici faydaları tibdə də təsdiq olunub. Çianın kimyəvi tərkibi olduqca zəngindir. Sizə yalnız 2 misal çəkək. Belə ki, çiada kalsium süddən daha çoxdur. Omeqa-3 və antioksidant maddələrə görə çia qoz və fındıqdan daha zəngin sayılır.
Davamı →